Menyu

Vəfadar Misirov: Keçid ballarında böyük dəyişiklik gözlənilmir

Operativ Media
Vəfadar Misirov: Keçid ballarında böyük dəyişiklik gözlənilmir

Ali təhsil müəsissələrinə qəbul üzrə keçid ballarında ciddi dəyişiklik gözlənilmir.

Operativ Media xəbər verir ki , bu barədə Dövlət İmtahan Mərkəzinin Aparat rəhbəri Vəfadar Misirov "Ali təhsil müəssisələrinin sərgisi"nin açılış mərasimində çıxışında deyib.

O bildirib ki, xüsusilə IV ixtisas qrupunda, əsasən tibb istiqamətini seçən abituriyentlər arasında müsabiqə daha yüksək olur:

"Burada bal intervalları üzrə abituriyentlərin sayı da dəqiq görünəcək. Ümumilikdə, IV qrup üzrə əsas rəqabət 600 və daha yuxarı bal toplayan abituriyentlər arasında gözlənilir. Digər qruplarda isə vəziyyət müəyyən qədər fərqlidir. Plan yerlərində və keçid ballarında ötən illə müqayisədə ciddi dəyişikliklər gözlənilmir. Yalnız müəyyən ixtisaslarda keçid ballarına uyğun kiçik dəyişikliklər ola bilər", - deyə o, qeyd edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər