Menyu

Bəzi məktəb və liseylərdə tədris ili daha tez başlayacaq - SİYAHI

Ayşən Sadıxzadə
Bəzi məktəb və liseylərdə tədris ili daha tez başlayacaq - SİYAHI

Bəzi özəl məktəb və liseylərdə yeni tədris ili dövlət məktəblərindən daha erkən başlayır. Məktəblərin tədris proqramı və beynəlxalq kurikulumları fərqli olduğundan dərslərin başlama tarixləri də dəyişir. 

Operativ Media bir neçə özəl təhsil müəssisəsindən yeni tədris ilinin başlanma tarixlərini öyrənib.

Landau School – Məktəbdən bildirilib ki, ingilis bölməsi üzrə dərslər adətən sentyabr ayının əvvəlində, Azərbaycan və rus bölmələri üzrə isə sentyabr ayının ortalarında başlayır. Dərslərin dəqiq başlama tarixləri tədris ili başlamazdan əvvəl valideynlərlə paylaşılır.

Bakı İstanbul Liseyi – Yeni tədris ili sentyabrın 15-dən başlayacaq.

British School in Baku – Dərslər sentyabrın 9-dan start götürəcək.

Baku Modern School – Məktəbdə dərslər sentyabrın 7-dən etibarən başlayacaq.

Evrika Liseyi – Tədris ili sentyabrın 1-dən başlayacaq.

Hədəf Liseyi – Məktəbdən verilən məlumata görə, dərslər sentyabrın 15-dən başlayacaq. Başlama tarixində hər hansı dəyişiklik olacağı təqdirdə valideynlər əvvəlcədən məlumatlandırılacaq.

İdrak Liseyi – Dərslər sentyabrın 15-də başlayacaq.

Beləliklə, sorğu göstərir ki, özəl məktəblərdə vahid başlanğıc tarixi yoxdur. Bəzi təhsil müəssisələri dərslərə sentyabrın 1-dən, digərləri isə 7, 9 və ya 15 sentyabrdan start verir. Buna görə də valideynlərə övladlarını qeydiyyatda olduqları məktəbin rəsmi məlumatlarını mütəmadi izləmələri tövsiyə olunur.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər