Menyu

Məktəblərdə inklüziv təhsilin tətbiqində əsas problemlər hansılardır?

Ayşən Sadıxzadə
Məktəblərdə inklüziv təhsilin tətbiqində əsas problemlər hansılardır?

Azərbaycanda inklüziv təhsil üç əsas istiqamətdə həyata keçirilir. Birinci istiqamət sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi təhsil müəssisələrinin fəaliyyət göstərməsi və onların həmin məktəblərə cəlb olunmasıdır. İkinci istiqamət ümumtəhsil məktəblərində inklüziv siniflərin təşkili, üçüncü istiqamət isə sağlamlıq imkanları məhdud uşaqların digər şagirdlərlə birlikdə eyni sinifdə təhsil almasının təmin edilməsidir.

Bu sözləri Operativ Media-ya təhsil eksperti Ramin Nurəliyev deyib. 

Ekspert bildirib ki, uşağın sağlamlıq vəziyyəti buna imkan verirsə, onun adi siniflərdə digər şagirdlərlə birlikdə təhsil alması daha məqsədəuyğundur. Bu yanaşmanın əsas məqsədi həmin uşaqların cəmiyyətə inteqrasiyasını gücləndirmək, sosial münasibətlərini inkişaf etdirmək və onların gələcəkdə cəmiyyət üçün faydalı fərd kimi formalaşmasına şərait yaratmaqdır:

“İnklüziv təhsil beynəlxalq təcrübədə geniş tətbiq edilir. BMT-nin müvafiq sənədlərində də sağlamlıq imkanları məhdud uşaqların təhsildən kənarda qalmamasının vacibliyi vurğulanır. Azərbaycan da bu istiqamətdə beynəlxalq tövsiyələrə uyğun addımlar atır. Hazırda Elm və Təhsil Nazirliyi tərəfindən inklüziv məktəblər, inklüziv siniflər yaradılır, həmçinin sağlamlıq vəziyyəti imkan verən uşaqların ümumi təhsil mühitinə cəlb olunması təmin edilir.

Bununla yanaşı, bu sahədə müəyyən problemlər də qalmaqdadır. Bəzi bölgələrdə inklüziv təhsilə ehtiyacı olan uşaqların sayı az olduğundan ayrıca sinif formalaşdırmaq mümkün olmur. Digər hallarda isə uşağın sağlamlıq vəziyyəti məktəbə gəlməsinə imkan vermədiyi üçün müəllimlərin evdə tədris aparması tələb olunur. Lakin evdə təhsil zamanı həm ailə şəraitinin uyğun olmaması, həm də bu sahədə ixtisaslaşmış müəllim çatışmazlığı müəyyən çətinliklər yaradır”.

Ekspert hesab edir ki, mövcud problemlərin aradan qaldırılması üçün ali təhsil müəssisələrində inklüziv təhsil üzrə ayrıca ixtisas yaradılmalıdır. Onun sözlərinə görə, hazırda bu istiqamətə yaxın ixtisaslar, o cümlədən korreksiyaedici təlim mövcud olsa da, onlar inklüziv təhsilin bütün tələblərini əhatə etmir:

“Korrek­siyaedici təlim daha çox loqopedik və xüsusi istiqamətlər üzrə fəaliyyət göstərir. Halbuki inklüziv təhsil müxtəlif sağlamlıq məhdudiyyətləri olan uşaqlarla işləməyi əhatə edir. Buna görə də bu sahə üzrə peşəkar kadrların hazırlanması vacibdir. Hesab edirəm ki, ən azı bir ali təhsil müəssisəsində, xüsusilə də pedaqoji profilli universitetdə inklüziv təhsil üzrə ayrıca ixtisas açılmalı və bu istiqamətdə peşəkar mütəxəssislər hazırlanmalıdır”, – deyə ekspert vurğulayıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər