Menyu

92 və 202 nömrəli marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilir

Şəfa Hüseynli
92 və 202 nömrəli marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilir
1 dəq oxu

Bakının Biləcəri qəsəbəsi Asəf Zeynallı küçəsində aidiyyəti qurum tərəfindən aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.

Bu barədə Operativ Media-ya Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.

Məhdudiyyət səbəbindən iyulun 30-dan təmir-bərpa işləri yekunlaşanadək 202 nömrəli marşrutun son dayanacaq məntəqəsi Asəf Zeynallı küçəsində 94 nömrəli transformator yarımstansiyası yaxınlığına təşkil ediləcək. 92 nömrəli marşrut isə Asəf Zeynallı – Yurd Yeri – Maralan - Yaşar Sadıqov küçələri ilə hərəkət edəcək. 

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər