Menyu

Azərbaycan şirkəti Dağıstanda Aqropark salacaq

Operativ Media
Azərbaycan şirkəti Dağıstanda Aqropark salacaq

Azərbaycan şirkəti Dağıstanda Aqropark salacaq.

Operativ Media xəbər verir ki, bunu "İsfa" MMC-nin direktoru Samir Xeyirbəyov deyib.

O bildirib ki, bu layihə şirkətimizin beynəlxalq fəaliyyətində mühüm mərhələ hesab olunur. Dağıstan Respublikasının aidiyyəti qurumları ilə əldə olunan razılaşmalara əsasən Dərbənd rayonunda iri aqropark layihəsinin icrasına başlanılıb.

S. Xeyirbəyovun sözlərinə görə, ilk mərhələdə 100 hektar ərazidə zeytun bağları salınır və gələcəkdə bu sahənin 300 hektara çatdırılması nəzərdə tutulur. Layihədə istifadə olunan zeytun tingləri Yevlax Pilot Aqroparkında yetişdirilib. Suvarma sistemlərinin layihələndirilməsi və quraşdırılması da şirkətimiz tərəfindən həyata keçirilir.

Növbəti mərhələdə isə gündəlik 100 ton istehsal gücünə malik zeytun yağı emalı zavodunun tikintisi planlaşdırılır. Hazırda layihə üzrə texniki hazırlıq və təşkilati işlər aktiv şəkildə davam etdirilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər