FETÖ-nün Azərbaycan üzrə cavabdeh şəxsi Türkiyəyə gətirilib

Nərmin Qocamanlı
FETÖ-nün Azərbaycan üzrə cavabdeh şəxsi Türkiyəyə gətirilib

FETÖ terror təşkilatının maliyyələşməsinin təşkilatçılarından olan Mehmet Cintosun Türkiyəyə gətirilib.

"Operativ Media"  Anadolu Agentliyinə istinadən xəbər verir ki, Mehmet Cintosunun Türkiyəyə gətirilməsi Milli Kəşfiyyat Təşkilatı (MİT) tərəfindən həyata keçirilib.

Bildirilib ki, Cintosun, 1995-2014-cü illərdə FETÖ-nün Azərbaycan strukturunda rəhbər şəxs kimi fəaliyyət göstərib.

Cintosun, 2014-cü ildə Türkiyəyə qayıdıb və 15 iyul çevrilişə cəhddən sonra Türkiyədən qaçıb.

Digər xəbərlər