Azərbaycan qadın futbol millisinin Qazaxıstan yığmasına qarşı keçiriləcək yoldaşlıq oyunları (24 və 27 oktyabr) üçün heyəti açıqlanıb. Oyunlar Şımkentdəki təlim-məşq toplanışı çərçivəsində baş tutacaq.
Operativ Media-nın məlumatına görə, “milliyə” 23 futbolçu dəvət olunub.
Qapıçılar: Aytac Şərifova (“Yüksəkova”, Türkiyə), Nərgiz Əliyeva (“Fatih Vətən”, Türkiyə);
Müdafiəçilər: Nigar Mirzəliyeva (“Zenit”, Rusiya), Manə Mollayeva, Mədinə Curugova (hər ikisi – “Neftçi”), Fidan Cəfərova (“Hakkarigücü”, Türkiyə), Ayşən Əhmədova (“Amedspor”, Türkiyə), Alina Dorofeyeva (“Rubin”, Rusiya), Aysun Muradova (“Haymana Spor”, Türkiyə), Nərgiz Hacıyeva (“Aktobe”, Qazaxıstan), Kamilə Məmmədova (“Yelimay”, Qazaxıstan);
Yarımmüdafiəçilər: Firəngiz Teymurova, Coşqunə Əliyeva, Ayşən Salamzadə, Vüsalə Seyfəddinova, Xanım Əsədova (hamısı – “Neftçi”), Vüsalə Hacıyeva (“Yüksəkova”, Türkiyə);
Hücumçular: Cəlalə Məhsimova, Sevinc Cəfərzadə (hər ikisi – “Yüksəkova”, Türkiyə), Alina Nəhmədova (“Neftçi”), Esra Manyə (“Beşiktaş”, Türkiyə), Kristina Bakarandze (“Liman”), Peritan Bozdağ (“Fənərbaxça”,Türkiyə).