14 Aprel 2023, 15:56
Ermənistan əsirlərlə davranış barədə nümunə olmaq istəyir? - ŞƏRH
Ermənistan əsirlərlə davranış barədə nümunə olmaq istəyir? - ŞƏRH şəkil
Ermənistan əsirlərlə davranış barədə nümunə olmaq istəyir? - ŞƏRH
Şərti foto

Məlum oldu ki, Ermənistan tərəfi Azərbaycan Ordusunun əsgəri, 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğluna işgəncələr verib, onunla qəddar rəftar edib. Video və foto görüntülərdə bu əksini tapıb. Məsələyə müxtəlif istiqamətlərdən baxaq, baxanda da görəcəyik ki, istənilən halda hərbi qulluqçu insandır və onun hüquqları insan haqqları və hüquqları rəsmi sənədlərlə qorunur. 

Əvvəl ondan başlayaq ki, əsir kimlərə deyilir?

Əsir, döyüş əməliyyatlarında iştirak edən hərbçinin və qeyri-hərbçinin sonrakı əməliyyatlarda iştirakına yol verməmək məqsədilə tutulur və azadlığı məhdudlaşdırılır. Bununla da o şəxsin azadlığı əlindən alınır ki, əlinə silah alıb döyüşməsin. Nəzərə alsaq ki, Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatlar getmir, Azərbaycan Ordusunun əsgəri Axundov Hüseyn Əhliman oğlu yolu azaraq Ermənistanın nəzarəti olan ərazilərə gedib. (Ona görə Ermənistan ərazisi demirəm ki, həmin ərazilər əslində tarixi Azərbaycan torpaqlarıdır. İkincisi də hələ ki, Azərbaycanla Ermənistan arasında sərhədlər müəyyənləşməyib.) Yəni ki, döyüş əməliyyatlarında ələ keçirilən mülki vətəndaşlar "əsir" olduğundan əsgər Axundov Hüseyn əsir deyil. Silahlı Qüvvələrdə xidmət etdiyindən "hərbi əsir" adlandırılır.

Hərbi əsirlərlə necə davranılır?

Qarşı tərəfdən ələ keçirilən, hərbi əsir adlandırılan şəxslərlə davranış qaydaları, hüquqi aktları, müddəaları araşdırmaq üçün beynəlxalq konvensiyaların tələblərinə müraciət etmək vacibdir. Hüseyn Axundova qarşı ağır işgəncələrin verilməsi 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyalarının pozulmasıdır. Həm də kobud şəkildə pozulmasıdır. Çünki köməksiz vəziyyətdə qarşı tərəfin hərbi qulluqçusu həm söyüşlə, alçaldıcı ifadələrlə təhqir edilir, şəxsiyyəti alçaldılır. Əlavə olaraq da hərbi əsir döyülür, hər yerinə güclü ayaq, qol zərbələri endirilir. Bu sağlamlığa ciddi zərər vurmaqdır. Xüsusən də əgər qarşı tərəfin hərbi qulluqçusu silahsızdırsa və ya silahı yerə qoyursa, bu zaman humanizm prinsipləri daha çox işləməlidir. Azərbaycanlı hərbi əsirin də silahı yoxdur. Deməli qarşı tərəfin məsuliyyətinin hüquqla qiyməti və cəzası daha da artır, daha ciddi cəza verilməsini nəzərdə tutur.

Ermənistanın cəzası nədir?

Hərbi əsirlərlə rəftara dair dövlətlərin öz üzərinə götürdüyü beynəlxalq öhdəlik var. Ermənistan da bu öhdəliyi rəsmən öz üzərinə götürüb. Buna görə də azərbaycanlı hərbçinin köməksiz vəziyyətindən, yolu azmasından istifadə edib onun üzərinə şiddətlə getməyin məsuliyyəti odur ki, Haaqa Konvensiyası, Cenevrə Konvensiyası və ona əlavə edilən Protokol kimi sənədlər məsuliyyət yaratmaq üçün mövcuddur. Bu sənədlərlə əsir və ya hərbi əsirlərin fiziki toxunulmazlığına və həyatlarına qarşı edilən istənilən qəsd beynəlxalq humanitar hüququn ciddi pozuntusudur. Ermənistanın istər 1-ci Qarabağ müharibəsi zamanı, istərsə də sonralar, azərbaycanlı əsir , hərbi əsir, girovlara qarşı münasibətdə zorakılığa yol verib. Bu artıq neçənci haldır. Deməli, Ermənistan tərəfindən cinayətlərin təkrarən törədilməsi halları var. Bu hüquqi məsuliyyəti artırır yəni cinayət təkrar törədilir.

19-cu əsrin ortalarına qədər dünyada hərbi cinayətlərin cəzalandırılmasında boşluqlar olurdu, demək olar ki cəzalandırılmırdı. Sonradan təkmilləşdirilmələr aparılıb. Məsələn, Nürnberqdə, Haaqada müharibə cinayətlərinə qol qoyanların qolları qandallanıb. Ukraynada rus hərbçilərinin bu yaxınlarda ukraynalı hərbçilərin başını kəsməsi, Buça qətliamı məsələyə dünya miqyasında həssaslığı artırıb. Bu baxımdan azərbaycanlı əsirlə qanundan və hüquqdan kənar davranmaq beynəlxalq hüquqi cəza olaraq Ermənistanın çox başını ağrıdacaq. Bu məqsədlə Azərbaycanın rəsmi orqanları müvafiq sənədləri hazırlayıb beynəlxalq məhkəmələrə təqdim ediblər.

Samir Cabbarov - Operativ Media.

Son xəbərlər
ABŞ-da güclü tufan çətinliklər yaradıb
İranda zəlzələ baş verib
Aİ Ukraynaya yeni hərbi yardım paketi ayıracaq
İranda zəlzələ baş verib
Xaçmazda avtomobil ağaca çırpılıb, ölən var
Bakıda binada yanğın olub, sakinlər təxliyə edilib
Fələstin prezidenti Makronla telefon danışığı aparıb
Göyçayda mənzildə meyit aşkarlanıb - YENİLƏNİB