Bakıda keçiriləcək “Azərbaycan Qran Pri” ("Formula 1") yarışı ilə əlaqədar 24-29 aprel tarixlərində 6, 132-134, 1, 7, 8, 160 nömrəli ümumitəhsil müəssisələrində tədris onlayn təşkil olunacaq.
"Operativ Media" xəbər verir ki, Elm və Təhsil Nazirliyindən bildirilib.
Qeyd edək ki, Azərbaycan Qran Prisi 28-30 apreldə gerçəkləşəcək.






