DİN: Bərdə rayonunda cinayət hadisəsi baş verib

admin
DİN: Bərdə rayonunda cinayət hadisəsi  baş verib

DİN-in Mətbuat Xidmətinin  Bərdə regional qrupundan "Operativ Media"ya bildirilib ki, bu gün saat 18 radələrində Bərdə rayonunda 1978-ci il təvəllüdlü Ruhi Məmmədov şəxsi münasibətlər zəminində öz qonşusu 1993-cü il təvəllüdlü Elşad Məmmədova ov tüfəngindən atəş açaraq xəsarət yetirib. 

E.Məmmədov xəstəxanaya çatdırılıb, ilkin tibbi yardım göstərilib, vəziyyəti qənaətbəxşdir. 

R.Məmmədov polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində saxlanılıb. 

Faktla bağlı Bərdə RPŞ-də araşdırma aparılır.

Digər xəbərlər