Lerikdə bir ailənin 4 üzvünü eletrik cərəyanı vuraraq öldürüb

admin
Lerikdə bir ailənin 4 üzvünü eletrik cərəyanı vuraraq öldürüb

Lerik rayonun Tikəband kəndində 4 nəfərin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

"Operativ Media" xəbər verir ki, İlkin araşdırma zamanı eyni ailənin 4 üzvünün elektrik cərəyanı vurması nəticəsində ölməsinə əsaslı şübhələr müəyyən edilib. Hadisə nəticəsində zərərçəkənlərin şəxsiyyəti müəyyən edilib: 1941-ci Il təvəllüdlü Sərnaz Tahirova, 1973-cü il təvəllüdlü Almagül Tahirova, 1993-cü il təvəllüdlü Şəfa Mirzəyeva və 10 yaşlı M.B (azyaşlının ad və soyadı şərtidir).

Fakta görə Lerik rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (iki və daha çox şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsilə cinayət işi başlanıb.

İbtidai istintaq davam edir.

Digər xəbərlər