http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 14 ° C

Xələf Xələfov İtaliyanın parlament nümayəndə heyəti ilə görüşüb

15 May 2023 , 23:46
Xələf Xələfov İtaliyanın parlament nümayəndə heyəti ilə görüşüb

Xarici işlər nazirinin müavini Xələf Xələfov Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş xüsusi sessiyasında iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olan İtaliya Senatının Avropa Birliyi siyasət daimi komissiyasının sədri, senator Culio Terzi, İtaliya Parlamentində İtaliya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun sədri, senator Marko Skuria, İtaliya Deputatlar Palatasının Xarici əlaqələri daimi komissiyasının üzvü, deputat Ettore Rosatodan ibarət nümayəndə heyəti ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən "Operativ Media"ya bildirilib ki, görüşdə Azərbaycan-İtaliya arasında çoxölçülü strateji tərəfdaşlıq və onun gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər, siyasi, iqtisadi, enerji, humanitar sahələrdə geniş əməkdaşlıq gündəliyi barədə fikir mübadiləsi aparılıb.

Əlaqələrimizin hazırkı yüksək səviyyəyə yüksəlməsində parlamentlərarası əməkdaşlığın əhəmiyyəti, bu xüsusda səfər mübadilələrinin vacibliyi qeyd olunub.

Nazir müavini Xələf Xələfov postmünaqişə dövründə bölgədə davamlı sülhün bərqərar olması istiqamətində Azərbaycanın səyləri, azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri barədə ətraflı məlumat verib.

İtalyan parlamentarilər Azərbaycanın İtaliyanın mühüm strateji tərəfdaşı, regionun lider ölkəsi olduğunu, bölgədə sülhün bərqərar olunması istiqamətində Azərbaycanın səylərinin təqdirəlayiq olduğunu bildiriblər.

Görüşdə, habelə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində, beynəlxalq nəqliyyat layihələrinin həyata keçirilməsində rolu və birgə maraq kəsb edən digər mövzular barədə də fikir mübadiləsi aparılıb.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan və Özbəkistan XİN-ləri arasında konsulluq məsləhətləşmələri keçirilib

Azərbaycan və Özbəkistan XİN-ləri arasında konsulluq məsləhətləşmələri keçirilib

İran SQ-nin yüksək rütbəli zabitləri Azərbaycanın Tehrandakı Səfirliyini ziyarət edib

İran SQ-nin yüksək rütbəli zabitləri Azərbaycanın Tehrandakı Səfirliyini ziyarət edib

Prezidentin köməkçisi: Ermənistanın sülhlə bağlı təkliflərə 70 gün ərzində cavab verməsi suallar doğurur

Prezidentin köməkçisi: Ermənistanın sülhlə bağlı təkliflərə 70 gün ərzində cavab verməsi suallar doğurur

XƏBƏR LENTİ
  • 00:01

    Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür
    Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür
  • Dünən
    23:18

    Tayvan və Macarıstan Livanda partlayan qurğularla əlaqəni təkzib edib
  • Dünən
    22:58

    UEFA Çempionlar Liqası: Liqa mərhələsinin I turunda daha 2 görüş keçirilib
  • Dünən
    22:33

    Rusiya səfirliyi diplomatların ölkədən çıxarılmasını məntiqli cavab adlandırıb
  • Dünən
    22:26

    Livanda rabitə qurğularında partlayışda ölənlərin sayı 14 nəfərə çatıb - YENİLƏNİB
  • Dünən
    21:54

    Bakının iki rayonunda qaz olmayacaq
  • Dünən
    21:25

    Netanyahu Livandakı hadisələrdən sonra ilk açıq bəyanatını verib
  • Dünən
    21:00

    İsrail BMT Baş Assambleyasının qətnaməsini rədd edib
Menyu