Azərbaycanlı futbolçu Litvada ilk qolunu vurdu

Əziz Əzizli
Azərbaycanlı futbolçu Litvada ilk qolunu vurdu

Litva çempionatında 10-cu turun oyunları keçirilib.

"Operativ Media" xəbər verir ki, azərbaycanlı futbolçu Nurlan Novruzovun formasını geyindiyi "Jonava" səfərdə "Baltiyos"la qarşılaşıb. 90-cı dəqiqədə meydana çıxan Novrozov, 90+4-cü dəqiqədə komandasının yeganə qolunun müəllifi olub. Bu qola qədər ev sahibi komanda 2 dəfə fərqləndiyi üçün, həmyerlimizin komandası 2:1 hesabıyla məğlub olub.

"Jonava" hazırda turnir cədvəlində 4-cü pillədədir.

Digər xəbərlər