ABŞ ən böyük təyyarədaşıyan gəmisini Venesuelaya göndərib
Şəfa Hüseynli
ABŞ ən böyük təyyarədaşıyan gəmisi olan "USS Gerald R. Ford"-u Karib hövzəsinə yollayıb.
Operativ Media xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb.
ABŞ Müdafiə Nazirliyinin bəyanatında deyilir ki, təyyarədaşıyan gəmi Prezidentin transmilli cinayətkar təşkilatları sıradan çıxarmaq və narkotik terrorizmlə mübarizə təşəbbüsünü dəstəkləmək üçün yerləşdirilir.