ABŞ Prezidentinin xüsusi nümayəndəsi Sercio Qor Özbəkistana rəsmi səfər edəcək

Şəfa Hüseynli
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Sercio Qor Özbəkistana rəsmi səfər edəcək

ABŞ Prezidentinin Cənubi və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Sercio Qor və dövlət katibinin müavini Kristofer Landau oktyabrın 26-30-da Qazaxıstan və Özbəkistana səfər edəcəklər.

Operativ Media xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Səfər zamanı xüsusi nümayəndə Qor və müavini Landau Qazaxıstan və Özbəkistan hökumətlərinin nümayəndələri ilə iqtisadi və təhlükəsizlik məsələlərinin geniş spektrini müzakirə edəcəklər.

Həmçinin qeyd olunub ki, tərəflər C5+1 diplomatik platforması çərçivəsində ABŞ və Mərkəzi Asiya arasında əməkdaşlığın onuncu ildönümünü qeyd edəcəklər.

Digər xəbərlər