Kriştiano Ronaldo "Əl-Nəsr"dən ayrılmaq istəyir

Əziz Əzizli
Kriştiano Ronaldo "Əl-Nəsr"dən ayrılmaq istəyir

Yanvarda Səudiyyə Ərəbistanı Liqasının “Əl-Nəsr” komandası ilə müqavilə imzalayan Kriştiano Ronaldo qəfil qərar verib.

"Operativ Media" İspaniya mediasına istinadən xəbər verir ki, portuqaliyalı ulduz daha 2 illik müqaviləsinə baxmayaraq komandadan ayrılmaq istəyir. 38 yaşlı oyunçu mövsümə 200 milyon avroluq nəhəng müqavilə ilə tarixə düşmüşdü.

Əgər futbolçu heç bir səbəb olmadan komandanı tərk etmək istəsə, FİFA-nın Oyunçu Transferi Reqlamentinə uyğun olaraq müqaviləsindəki bəndlərə əməl etməli olacaq.

Bu mövsüm Səudiyyə Ərəbistanında 1400 dəqiqədən çox oyun keçirən futbolçu 13 qola imza atıb.

Digər xəbərlər