"Nyukasl Yunayted" "Yuventus"un hücumçusunu istəyir

Əziz Əzizli
"Nyukasl Yunayted" "Yuventus"un hücumçusunu istəyir

Premyer Liqada əla mövsüm keçirən və növbəti mövsümdə İngiltərə futbolunu Çempionlar Liqasında təmsil etməyə vəsiqə qazanan "Nyukasl Yunayted" öz nəslinin ən yaxşı hücumçularından sayılan Dusan Vlahoviçin transferi üçün hərəkətə keçib.

"Operativ Media" "Gazetta dello Sport"a istinadən xəbər verir ki, "Nyukasl" "Yuventus"a rəsmi təklif göndərməyə hazırlaşır.

2022-ci ilin qışında "Fiorentina"dan 67 milyon sterlinqə "Yuventus"a transfer olunan və uzun illər İtaliya nəhənginin hücumçusu olacağı gözlənilən serb ulduzun inzibati və maliyyə problemləri  səbəbindən Vlahoviçi satmaq məcburiyyətində qalması ilə nəticələnə bilər.

Xəbərə görə, "Nyukasl" ilə yanaşı "Çelsi", "Mançester Yunayted" və "Bavariya"nın da transfer siyahısında yer alan Vlahoviç üçün "Çelsi"nin 70 milyon funt sterlinq təklif etdiyi, "Nyukasl"ın təklifinin isə maraqla gözlənildiyi iddia edilir. Bu mövsüm "Yuventus"un heyətində bütün turnirlər daxil 42 oyun keçirən hücumçu bu matçlarda 15 qol vurub və 1 məhsuldar ötürmə edib.

Digər xəbərlər