https://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 25 ° C

"Airfryer"lər zərərli ola bilərmi? - AÇIQLAMA

26 May 2023 , 13:00
"Airfryer"lər zərərli ola bilərmi? - AÇIQLAMA

Son zamanların ən papulyar mətbəx aləti sözsüz ki "Airfryer"lərdir (isti hava fritozu). Kiçik məişət cihazlarından biri olan "Airfryer" yeməklərin qısa müddətdə minimum yağla bişirilməsini və qızardılmasını hədəfləyən alətdir. 1 xörək qaşığı yağla orta hesabla 3 kq kartof qızartması hazırlamağa imkan verən bu alət həqiqətən də sağlıqlıdırmı?

"Operativ Media" mövzu ilə bağlı qida üzrə mütəxəssis Ağa Salamovun fikirlərini öyrənib:

Dərin yağda bişirmə texnologiyası var və bu fritozlarda bol yağın içərisində qızmış dərin yağda qidaların, karbohidratların qızardılmasıdır. Nümunə kimi uşaqların çox sevdiyi kartof frini göstərmək olar. Məsələ burada sadəcə fritozlardan getmir, fritozların içərisindəki trans yağlardan da gedir. Bütün ictimai iaşə müəssisələrində fritozlarda hidrogen ilə doydurulmuş trans yağlardan istifadə olunur. Onlar qarğıdalı yağından istifadə etsə belə o istilikdə yağ transa çevirilir. Hətta yağ yanmaq dərəcəsinə çatır. Amma, fritoz üçün xüsusi nəzərdə tutulmuş yağlar var. O yağlar yanmağa davamlı hidrogenlə doyuzdurulmuş trans yağlardır. Bu yağlar birbaşa orqanizimdə şiş, xərçəng xəstəlikləri əmələ gətirir. Bu yağlar fritozların içərisində birbaşa qidalarla təmas edir nəticəsində "akrilamid" yəni xərçəng hüceyrəsi yaradır.

Bəs adi fritozlardan fərqli olaraq "Airfryer"lər həqiqətən sağlıqlıdırmı? Ya bilinən əksinə zərərli ola bilərmi?

Ümumiyyətlə belə izah edə bilərəm, məsələn çörəyi götürək nümunə kimi, çörək yağda bişirilmir. Çörəyin belə üz qabığında olan həmin o qızaran hissədə "akrilamid" var. Halbuki orada yağdan istifadə olunmur. Ümumiyyətlə karbohidratlar, un məmulatları və şəkər məmulatları qızardıqca onlarda xərçəng hüceyrəsi yaranır. Ona görə də həkimlər birmənalı olaraq demirlər ki, siz bu tavada(və ya fritoz) bişəni yeyin, filan tavada bişəni yeməyin. Həkim birmənalı olaraq xəstəyə deyir ki, mədə, ürək-qan damar, şəkərli diabet, qaraciyər serrozu və s xəstələri qızartmalardan uzaq dursun. 

Bu məntiqlə yanaşsaq manqalda heç yağdan istifadə olunmur. Biz hər şeyi maqalda bişirib onun bizə faydası var deyib yeyə bilərik. Amma, əslində orada da xərçəng hüceyrəsi var. Hava fritozlarında reklam xarakterli olaraq bu riski minimuma endirildiyi deyilir. Amma, bu doğru deyil. Sadəcə olaraq qidalar trans yağda bişmədiyinə görə, evdə məsələn qarğıdalı yağında bişdiyinə görə, elə bir təəssürat yaranır ki, burada az yağdan istifadə olunur və xərçəng yaratmaq riski minimuma enir. Amma, əslində istəyir qarğıdalı yağı olsun, istəyir hansı yağ olur olsun yüksək temperatura düşərsə o trans yağa çevirilir. Burada zeytun yağı istisnadır. Karbohidratlar əgər hava fritozunda zeytun yağı ilə bişərsə orada yağ trans yağa çevirilməyə bilər. Amma, bu həmin karbohidratın faydalı olduğu mənasına gəlmir. Karbohidrat zeytun yağında belə qızarsa xərçəng hüceyrəsi əmələ gətirir. bu da mütəmadi olaraq istifadə etdidikdə xəstəliklə nəticlənə bilir.

Nərmin Qocamanova

OXŞAR XƏBƏRLƏR
Nazirlik "Havanı kim çirkləndirir?" şüarı ilə yeni aksiyaya start verib

Nazirlik "Havanı kim çirkləndirir?" şüarı ilə yeni aksiyaya start verib

Əmlakını sığortalamayanlar sabahdan cərimələnəcəklərmi?

Əmlakını sığortalamayanlar sabahdan cərimələnəcəklərmi?

Ad, ata adı və soyadın dəyişdirilməsinin qeydiyyatına alınması qaydası dəyişib

Ad, ata adı və soyadın dəyişdirilməsinin qeydiyyatına alınması qaydası dəyişib

XƏBƏR LENTİ
  • 10:00

    "Sənin atan qəhrəmandır" adlı xeyiriyyə konserti baş tutub
  • 09:57

    Qeyri-sabit hava 3 iyunadək davam edəcək
  • 09:54

    DONDURMAFURSETLERİ.AZ AVTOMOBİL QAZANDIRIR!
  • 09:46

    DİN: Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb
  • 09:41

    Şirvanda çətənə yetişdirən köhnə məhkum saxlanılıb - FOTO
  • 09:34

    Xoze Mourinyo gümüş medalını azarkeşə verdi - VİDEO
  • 09:27

    Azərbaycan nefti ucuzlaşıb
  • 09:11

    Paşinyan Kişinyovda erməni icması ilə görüşdən imtina edib
Menyu