Honq-Konq beynəlxalq hava limanında "Boeing 747" tipli yük təyyarəsi eniş zamanı uçuş-enmə zolağından çıxaraq hava limanının yerüstü xidmət maşını ilə toqquşub və qismən dənizə düşüb.
Operativ Media xəbər verir ki, bu barədə "South China Morning Post" qəzeti məlumatına yayıb.
Məlumata görə, maşında olan şəxslərdən biri həlak olub, digəri xəstəxanaya yerləşdirilib. Təyyarənin ekipaj üzvləri xəsarət almayıb.
Hadisə nəticəsində hava limanının şimal uçuş-enmə zolağı müvəqqəti bağlanıb.
Qeyd olunur ki, təyyarə Dubaydan uçuş həyata keçirirmiş.