"Nottingem Forest" və italyan menecer Roberto Mançini müqavilə ilə bağlı danışıqları bitirib.
Operativ Media xəbər verir ki, bu haqda insayder Fabrizio Romano məlumat yayıb.
Mənbənin məlumatına görə, 60 yaşlı mütəxəssisin hazırda İngiltərə klubunda işləmək üçün uyğun olmadığı barədə qərar verilib.
Oktyabrın 18-də “Çelsi”yə 3:0 hesablı məğlubiyyətdən sonra “Nottingem” Ange Postecoglunun qovulduğunu elan edib.
Mançininin son iş yeri 2024-cü ilin oktyabrında tərk etdiyi Səudiyyə Ərəbistanı milli komandası olub.2017/18 mövsümündə italiyalı "Zenit"i çalışdırıb.
İngiltərədə Mançini 2011/12 mövsümündə çempion olduğu, 2010/11 mövsümündə İngiltərə kubokunu və 2012-ci ildə Superkubokunu qazandığı "Mançester Siti"də çalışıb.