"Baza biliklərinin formalaşması baxımından ümumi təhsil vacibdir"
"Operativ Media" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev İnsan Resursları Zirvəsində “Yerin dərinliyindən beyin dərinliyinə köç” mövzusundakı paneldə çıxışı zamanı deyib.
Emin Əmrullayev bəzi ixtisasların müddətinin azaldılması məsələsinə də aydınıq gətirib. Bəzi ixtisasları 4 ildən 3 ilə qədər endirməyi planlamışıq. Belə bir müzakirəmizi olmuşdu ki, ali təhsil müəssisələrində tədris olunan hərbir fənn tələbəyə lazımdırmı? O fənlərin də siyahıdan çıxarılması tədris müddətini azalda bilər.






