"Zenit"in futbolçusu Rusiyada axtarışa verildi

Əziz Əzizli
"Zenit"in futbolçusu Rusiyada axtarışa verildi

Sankt-Peterburqun "Zenit" klubunun keçmiş futbolçusu Malkom Rusiyada axtarışa verilib. Bu addımı Federal Məhkəmə İcraçıları Xidməti atıb. Səbəb isə yol polisinə cərimələri ödəməməsidir.

"Operativ Media" xəbər verir ki, bu barədə REGNUM məlumat yayıb. Mənbənin sözlərinə görə, Malkom ümumi məbləği təxminən 64 min rubl olan 60 yol hərəkəti qaydasının pozulmasına görə ödəniş etməyib. Ümumilikdə, “Zenit”dəki 4 illik karyerası zamanı Malkom özünün “Lamborghini Urus” avtomobilində əsasən sürət həddini aşdığı üçün 260-a yaxın cərimə balı toplayıb.

İyulun 26-da Malkom “Zenit”dən ayrılaraq Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna keçib. Onun yeni klubda maaşı ildə 18 milyon avro ətrafında dövr edəcək.

Digər xəbərlər