Menyu

ABŞ Federal Ehtiyat Sistemi faiz dərəcəsini endirib

Operativ Media
ABŞ Federal Ehtiyat Sistemi faiz dərəcəsini endirib

Amerika Birləşmiş Ştatlarının mərkəzi bank funksiyalarını yerinə yetirən Federal Ehtiyat Sistemi (FED) uçot faiz dərəcəsini 0,25 baza bəndi azaldaraq illik 3,75-4% aralığına endirib.

Operativ Media xəbər verir ki, bu barədə maliyyə qurumunun Açıq Bazar Əməliyyatları üzrə Federal Komitəsinin (FOMC) iclasının nəticələrinə dair bəyanatında deyilib.

FOMC həmçinin balans aktivlərinin azaldılmasını dekabrın 1-də başa çatdıracağını açıqlayıb. FED-in növbəti iclası dekabrın 9-10-na planlaşdırılıb.

Əvvəlki iclasda faiz ötən ilin dekabr ayından bəri ilk dəfə olaraq endirilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər