"Qarabağ" - "Çelsi" matçına satılan bilet sayı açıqlandı
Əziz Əzizli
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turu çərçivəsində Bakıda keçiriləcək "Qarabağ" - "Çelsi" (İngiltərə) matçına satılan biletlərin sayı açıqlanıb
Operativ Media klubun rəsmi saytına istinadən xəbər verir ki, indiyə qədər 22500 bilet satılıb.
“Qarabağ” – “Çelsi” oyunu Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.