"Milan”ın futbolçusu Ante Rebiç “Beşiktaş”la müqavilə bağlamaq üçün İstanbula gedib. Xorvat hücumçu hava limanında “Beşiktaş” şərfi ilə şəkil çəkdirib.
"Operativ Media" xəbər verir ki, o, türkiyəli jurnalistlərə açıqlamasında “Beşiktaş”da 7 nömrəli formanı geyinəcəyini bildirib. Bu isə o deməkdir ki, transfer həllini tapıb, sadəcə, rəsmən açıqlanması qalıb.
29 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanacağı gözlənilir.
Qeyd edək ki, 2019-cu ildən “Milan”da çıxış edən Rebiç “qırmızı-qaralar”da ümumilikdə 127 oyuna 29 qol vurub, 14 qol ötürməsi edib.






