"Sabah" Meksikadan 1,5 milyon avroluq futbolçu gətirir

Əziz Əzizli
"Sabah" Meksikadan 1,5 milyon avroluq futbolçu gətirir

Yeni mövsüm çalışmalarını davam etdirən "Sabah" klubu heyətinə yeni futbolçu cəlb etmək üzrədir.

"Operativ Media"nın əldə etdiyi məlumata görə "Sabah" Meksikanın "Kruz Azul" klubunun 27 yaşlı hücumçusu Auqusto Lottini transfer etmək üzrədir.

Argentinalı hücumçu 2023-cü ilin yanvarından "Kruz Azul"da çıxış edir. O, Meksika təmsilçisində 21 oyunda 3 qol vurub. Forvard bundan əvvəl ölkəsində "Rasinq", "Yunion", "Atletiko Tukuman"da forma geyinib.

Digər xəbərlər