"Rakuv"un baş məşqçisi: "Bərabər səviyyəli komandaların oyunu olacaq"

Əziz Əzizli
"Rakuv"un baş məşqçisi: "Bərabər səviyyəli komandaların oyunu olacaq"

Çempion Liqasının II təsnifat mərhələsində sabah keçiriləcək "Qarabağ" - "Rakuv" oyunundan əvvəl qonaq komandanın baş məşqçisi David Şvarqa fikirlərini bölüşüb. 

"Operativ Media" xəbər verir ki, mütəxəssis matçlar bağlı bunları deyib:

"Bərabər səviyyəli komandaların oyunu olacaq. İki komandanın özünəməxsus oyun üslubu və heyətlərində fərdi bacarıqları olan oyunçular var. Şadam ki, bu mövsüm ilk dəfə tam heyətlə hazırlıq keçə bildik.

Penaltilər də daxil olmaqla, hər şeyə hazırıq. Oyunla bağlı planlarımız var".

Sabah keçiriləcək "Qarabağ" - "Rakuv" oyunu saat 20:00-da başlayacaq. Komandalar arasındakı ilk oyunda Polşa təmsilçisi qələbə qazanıb - 3:2. 

Digər xəbərlər