Xavi Neymarın "Barselona"ya mümkün qayıdışı haqqında danışıb

Əziz Əzizli
Xavi Neymarın "Barselona"ya mümkün qayıdışı haqqında danışıb

İspaniya çempionu "Barselona"nın baş məşqçisi Xavi braziliyalı hücumçu Neymarın Fransa çempionu PSJ-dən qayıdacağı haqda danışıb.

"Operativ Media" xəbər verir ki, İspaniya mətbuatı Xavinin bu addımın əleyhinə olduğunu yazıb.

“Heç nə məndən asılı deyil. Keçən il başqa klubun oyunçusunun adını çəkdim və onlar əsəbiləşdilər. Görək, transfer pəncərəsi bağlanana qədər nə baş verəcək”, - deyə Xavi bildirib.

2017-ci ildə Neymar "Barselona"dan PSJ-yə keçib, burada 173 matçda iştirak edib, 118 qol vurub və 77 məhsuldar ötürmə edib.

PSJ ispaniyalı baş məşqçi Luis Enrikenin rəhbərlik etdiyi komandadan ayrılmaq istədiyini bildirən Neymarı bu yay satmağa hazırdır.

Paris klubu bu transferdən ən azı 58 milyon avro qazanmaq istəyir.

2017-ci ildə PSJ Neymarın transferi üçün "Barselona"ya 222 milyon avro  ödəyib və bu, futbol tarixində rekorddur.

Digər xəbərlər