Türkiyədən idxal olunan 6 ton antep fıstığı məhv ediləcək

Operativ Media
Türkiyədən idxal olunan 6 ton antep fıstığı məhv ediləcək

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən aparılan nəzarət tədbirləri zamanı “Buta Çərəz” MMC-nin Türkiyə Respublikasından idxal etdiyi “SDF Gida Sanayi ve Ticaret Limited Şirketi” müəssisəsinin istehsalı olan ümumi çəkisi 6.12 ton antep fıstığı məhsulu partiyasında (08.10.2025-08.10.2027-ci il istehsal və son istifadə tarixli) Aflatoksin B1 və Total Aflatoksin göstəriciləri üzrə uyğunsuzluq aşkarlanıb.

AQTA-dan Operativ Media-ya verilən məlumata görə, məhsul partiyası ölkəmizin idxal tələblərinə, o cümlədən qüvvədə olan texniki və hüquqi normalara cavab vermədiyi üçün gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi barədə qərar qəbul edilib.

Şəkil Qalereyası

Türkiyədən idxal olunan 6 ton antep fıstığı məhv ediləcək - Şəkil 1
Türkiyədən idxal olunan 6 ton antep fıstığı məhv ediləcək - Şəkil 2

Digər xəbərlər