Azərbaycan millisi Moldova ilə heç-heçə etdi

Operativ Media
Azərbaycan millisi Moldova ilə heç-heçə etdi

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində üçüncü oyununa çıxıb.

Operativ Media  xəbər verir ki, B Liqasının 1-ci qrupunda yer alan millimiz sonuncu matçında Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Kişineunun “Zimbru 2” stadionunda keçirilən görüş 0:0 hesablı heç-heçə yekunlaşıb.

Bununla millimiz 1 xalla qrupda 4-cü yeri tutub.

Digər xəbərlər