Nazir: Pivəlik arpa emalı zavodu qeyri neft sektorunun inkişafına təkan verəcək

Nərmin Qocamanlı
Nazir: Pivəlik arpa emalı zavodu qeyri neft sektorunun inkişafına təkan verəcək

İmişli rayonunda Azərbaycan İnvestisiya Şirkəti , Azərşəkər MMC və Azərsun Kənd Təsərrüfatı Məhsulları MMC-nin birgə investisiyası ilə reallaşdırılacaq pivəlik arpa emalı zavodu layihəsi ölkəmizdə qeyri neft sektorunun inkişafına təkan verəcək layihələrdən biridir.

"Operativ Media" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün tviter hesabında bildirib.

Onun sözlərinə görə, investisiya dəyəri 25 mln. manat olan müəssisə ölkəmizdə fəaliyyət göstərən istehsalçıların xammala olan ehtiyacını tam ödəyəcək:

"Azərbaycanda rəqabət qabiliyyətli qeyri-neft məhsulları istehsalının stimullaşdırılmasına, onun xammal bazasının yaxşılaşdırılmasına, idxalı əvəz edən yeni istehsal sahələrinin yaradılmasına və ixrac imkanlarının genişləndirilməsinə dövlət dəstəyi tədbirləri davam edir".

Digər xəbərlər