Azərbaycanın Ağstafa rayonunda “Rusiya-Azərbaycan: Tarla Günü 2023” kənd təsərrüfatı texnikası sərgisi keçiriləcək.
"Operativ Media" xəbər verir ki, tədbirin təşkilatçısı Rusiya Federasiyasının Sənaye və Ticarət Nazirliyidir.
Tədbir avqustun 25-26-na planlaşdırılıb.
Rusiyanın 14 müəssisəsi ən qabaqcıl kənd təsərrüfatı texnikası və avadanlıqlarını təqdim edəcək.






