Bu gün UEFA Avropa Liqasının 3-cü təsnifat mərhələsində keçiriləcək "Qarabağ" - "Partizan" oyununa bilet satışı davam edir.
"Operativ Media" xəbər verir ki, matça indiyə kimi 18 min bilet satılıb. Bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, matç saat 20:00-da Tofiq Bəhramov stadionunda baş tutacaq.






