Azərbaycan futbolunun "Sabah"ı

Əziz Əzizli
Azərbaycan futbolunun "Sabah"ı

Hər kəs “Neftçi” və “Qarabağ”ın oyununa bilet davası edərkən, “Sabah” klubunun Masazırda yerləşən stadionuna getmək çoxumuza əziyyətli iş kimi gəlirdi. 

BDYPİ-nin sürücülərə müraciətində belə, “Qarabağ”ın və “Neftçi”nin oyunlarına görə Tofiq Bəhramov" və "Neftçi Arena" ətrafına ictimai nəqliyyatla getmələri xahiş olunurdu. Çünki Masazırda “Sabah”ı izləməyə o qədər adam getməyəcəkdi ki, yolda da sıxlıq yarana...

“Sabah” ötən gün də bizi təəccübləndirməyi bacardı. Klub bu mövsüm rəqibləri üzərində inamlı qələbə qazanaraq tez bir zamanda xeyli futbol azarkeşinin qəlbini fəth etdi. 

Avrokuboklarda ilk dəfə iştirak edən “Sabah”  “Neftçi” və “Qarabağ”ın loqoları olan posteri paylaşaraq onlara uğurlar dilədi. 

Nəticədə klub yenə bir çox sosial şəbəkə istifadəçisini özünə cəlb etməyi bacardı. 

Avrokuboklarda iştirak etdiyi ilk ilində 3 oyuna çıxan və 3 qələbə qazanan "Futuristlər" ölkənin reytinq xalının artmasına da töhfə verdilər. Aşağı yaş qruplarında da ugurlu nəticələr qazanan və bunu əsas komandaya da yansıtan "Sabah" klubu Azərbaycanda bir çox kluba nümunə ola bilər.

Bu gün bir çox futbol azarkeşinin “Sabah” və Azərbaycan futboluna inamı artdı.

Digər xəbərlər