Neymar "Əl Hilal"la anlaşmağa yaxındır

Əziz Əzizli
Neymar "Əl Hilal"la anlaşmağa yaxındır

Braziliyalı futbolçu Neymar PSJ-ni tərk edə bilər.

"Operativ Media" RMC Sport-a istinadən xəbər verir ki, Fransa çempionu PSJ-nin və Braziliya millisinin 31 yaşlı hücumçusu Neymar Səudiyyə Ərəbistanının "Əl Hilal" klubu ilə danışıqlar aparır və razılığa yaxındır.

"Əl Hilal" artıq Neymarın gedişinə qarşı olmayan PSJ ilə anlaşıb.

2017-ci ildə PSJ Neymarın transferi üçün "Barselona"ya 222 milyon avro ödəmişdi. Bu müddətdə Neymar Paris komandası ilə 173 matçda iştirak edib, 118 qol vurub və 77 məhsuldar ötürmə edib.

Neymar Fransa çempionatının açılış turunun “Loryen”lə oyununda (0:0) ispaniyalı Luis Enrikenin başçılıq etdiyi komandanın siyahısında yer almayıb.

Digər xəbərlər