Super Liqa təmsilçisi "Beşiktaş" heyətini yeni futbolçu ilə gücləndirmək üzrədir.
"Operativ Media" xəbər verir ki, "ağ-qaralar" İngiltərə millisinin də üzvü olan 29 yaşlı yarımmüdafiəçi Aleks Oksleyd-Çemberleyni transfer edir.
Müqavilə üçün İstanbula gələn futbolçu tibbi yoxlamadan keçdikdən sonra "Beşiktaş" formasını geyinəcək.
İngilis futbolçu ilə 2+1 illik müqavilə imzalanacaq.






