Bakı-Tbilisi-Ərzurum kəməri ilə 12,7 milyard kubmetrdən çox təbii qaz ötürülüb

Nərmin Qocamanlı
Bakı-Tbilisi-Ərzurum kəməri ilə 12,7 milyard kubmetrdən çox təbii qaz ötürülüb

Yanvar-iyul aylarında Azərbaycandakı magistral təbii qaz kəmərləri ilə 23 milyard 978,5 milyon kubmetr təbii qaz nəql edilib və əvvəlki ilin eyni aylarına nisbətən 4,6 faiz artım müşahidə olunub.

"Operativ Media" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, yeddi ayda qaz nəqlinin 53,1 faizi Bakı-Tbilisi-Ərzurum (Cənubi Qafqaz Boru Kəməri - CQBK) boru kəməri vasitəsilə həyata keçirilib və bu kəmərlə 12 milyard 737,9 milyon kubmetr təbii qaz ixrac edilib.

Digər xəbərlər