Qazaxıstan 2024-cü ildə Almaniyaya 1,2 milyon ton neft tədarük edəcək.
"Operativ Media" "Sputnik Qazaxıstan"a istinadən xəbər verir ki, bunu "KazTransOil"in baş direktorunun müavini Armanjan Ospanov bildirib.
O, qeyd edib ki, hazırda Qazaxıstan Almaniyaya hər ay 100 min ton neft göndərir və tədarükləri eyni həcmdə davam etdirmək niyyətindədir.






