http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 24 ° C

Azərbaycan və Macarıstan əlaqələri genişlənir, il ərzində ikinci böyük səfər - ŞƏRH

21 Avqust 2023 , 13:43
Azərbaycan və Macarıstan əlaqələri genişlənir, il ərzində ikinci böyük səfər - ŞƏRH

Prezident İlham Əliyevin Macarıstana səfəri iki ölkə arasında əlaqələrin daha da irəli getməsi baxımından önəmlidir. Önümüzdəki zamanı indidən görən işgüzar əlaqələr üçün işıq daha da gücləndi. Bunun üçün isə ən önəmli faktor enerji məsələləridir. 

Erdogan Orban

Azərbaycan Avropa İttifaqı ilə razılaşması əsasında qitəyə qaz ixracını təmin edir. Razılaşna tam icra edilir. Nəticədə Azərbaycan etibarlı tərafdaş olaraq qiymətləndirilir. Bildiyimiz kimi, Macarıstan Avropa İttifaqının üzvüdür və əsas enerji ehtiyacını Rusiya ödəyirdi. Ukraynada baş verən müharibədən sonra sanksiyalara əsasən Rusiyadan qaz idxalı minimuma endirildi. Bu zaman Azərbaycan əsas tərəfdaş olaraq görüldü. Görünən odur ki, Macarıstan Azərbaycanın simasında öz enerji təhlükəsizliyini, qaza olan tələbatını ödəyə bilir. Məsələn, Azərbayacan 2023-cü ilin sonunadək Macarıstana 100 milyon kubmetr qaz tədarük edəcək. Bununla bağlı razılıq hələ bir neçə həftə əvvəl əldə olunmuşdu. İxraca bu ilin 4-cü rübündə start veriləcək. 

Üstəlik Azərbaycandan Avropaya yaşıl enerji, elektrik enerjisi ixracında da Macarıstan əsas alıcıdır, həm də buraya yönləndiriləcək enerjini digər ölkəyə çatdıracaq. Söylənilənlər enerji məsələsində şaxələndirmə imkanlarının genişləndirilməsinə sübutdur. Genişlənən əlaqələr digər istiqmətlətərə də təsir göstərir. Məsələn, Macarıstanla münasibətlər aviasiya, kənd təsərrüfatı, nəqliyyat, ticarət, xidmət sahələrində əlaqələrdə müsbət rol oynayıb. Rəqəmlərə baxdıqda bunu aydın görmək olur.  

2021-ci ildə Azərbaycan ilə Macarıstan arasında ümumi ticarət dövriyyəsi 35,16 milyon ABŞ dolları təşkil edib. Ötən ildə bu rəqəm 47,4 milyon ABŞ dolları olub. Müqayisə aparanda bu 1 ildə 34,81 faiz artımdır. 

İqtisadi sferadan sonra siyasi sferaya baxdıqda da Macarıstanla Azərbaycanın tərəfdaşdır. Macarıstan Azərbaycanın ərazi bötüvlüyünü daim dəstəkləyib. Müxtəlif beynəlxalq təşkilatlarda ölkənin mövqeyi ilə birliyini ifadə edib. Yəni iqtisadi əlaqələr siyasi birliyi də möhkəmləndirib. Bunlar isə birdən olmayıb. Danışıqlar, görüşlər, səfərlər, müzakirələr belə bir nəticələrin əldə olunmasına şərait yaradıb.

Macarıstanın indiyədək müxtəlif baş nazirləri dəfələrlə Azərbaycanla müzakirələr üçün paytaxtımıza gəlib. Bundan əlavə, 2011-ci ildə o vaxtkı Prezident Pal Şmitin Bakıya səfərləri iki ölkə arasında əlaqələri zirvəyə daşıdı.

Ümummilli lider, mərhum prezident Heydər Əliyev 1994-cü ildə Macarıstana səfər etmişdi. ATƏT zirvə toplantısında iştirakla bərabər Macarıstanla əlaqələrə də bu müsbət təsir göstərdi. Sonralar bu səfərlər İlham Əliyev tərəfindən edildi. Təkcə bu il ərzində Azərbaycan Prezidentinin Macarıstana ikinci səfəri oldu. Bütün nəticələrə baxdıqda aydın olur ki, prezident İlham Əliyevin Macarıstana növbəti səfəri bundan sonra da uğurlu nəticələrə səbəb olacaq səfərdir.

Samir Cabbarov – Operativ Media

OXŞAR XƏBƏRLƏR
Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

Naxçıvan istiqamətində mövqelərimiz yenidən atəşə tutulub

Naxçıvan istiqamətində mövqelərimiz yenidən atəşə tutulub

XƏBƏR LENTİ
  • 15:05

    Baş prokuror Omanlı həmkarıyla görüşüb
  • 15:00

    Baş prokuror Özbəkistan Baş prokurorunun müaviniylə görüşüb
  • 14:44

    İsrailin Livanı bombalaması zamanı ölənlərin sayı açıqlanıb
  • 14:35

    Kamran Əliyev Keniya Dövlət Prokurorluğunun Direktorunu qəbul edib
  • 14:27

    Baş prokuror monqolustanlı həmkarıyla görüşüb
  • 13:47

    İsrail daha bir Hizbullah liderinin öldürüldüyünü açıqlayıb
  • 13:16

    Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO
    Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO
  • 13:01

    Ağsuda kanalizasiya quyularının qapaqlarını oğurlayan şəxs saxlanılıb
Menyu