Menyu

Universitet və kolleclərdə təhsil haqqı artırılır?

Nicat Hüseynli
Universitet və kolleclərdə təhsil haqqı artırılır?
Azərbaycanda universitet və kolleclərin illik təhsil haqlarının yüksək olması tələbələr və valideynlər üçün ciddi maliyyə yükü yaradır. Hər il qiymətlərin bir qədər də artırılması vəziyyəti daha da çətinləşdirir.

Təhsil eksperti Rizvan Fikrətoğlu bildirir ki, qonşu ölkələrdə təhsil haqları 1500 manatdan başladığı halda, Azərbaycandakı dövlət universitetlərində bu rəqəm ən azı 2200 manatdır və 5000 manata qədər yüksəlir. Əlavə təhsildə isə qiymətlər 10 000 manata çatır. Ekspertin sözlərinə görə, hazırda dövlət universitetlərinin qiymətləri özəl müəssisələri üstələyib və bəzi universitetlər hər il qiymətləri 100-500 manat civarında artırır.

Kolleclərdə isə illik ödənişlər regionlarda 600-800 manat, Bakıda isə 950-1100 manat arasında dəyişir. Hətta ötən il bəzi özəl kolleclərdə təhsil haqqı 2300 manata, peşə məktəblərində isə 4500-5000 manata qədər yüksəlib.

Rizvan Fikrətoğlu qeyd edir ki, təhsil haqları universitetin saxlanma xərcləri, kommunal ödənişlər, müəllimlərin maaşları və tələbələrə yaradılan əlavə imkanlara görə müəyyən edilməlidir. Lakin universitetlər bu gəlir və xərclər barədə ictimaiyyətə hesabat vermirlər. Süni qiymət artımının qarşısını almaq üçün bu sahədə ciddi şəffaflıq və nəzarət lazımdır.

Ətraflı "Xəzər Xəbər"in sujetində: 
Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər