Menyu

Yaşa görə verilən müavinətin məbləği artırıla bilər? - VİDEO

Nicat Hüseynli
Yaşa görə verilən müavinətin məbləği artırıla bilər? - VİDEO

Ərzaq, dərman, kommunal xərclər. Yaş artdıqca insanların xərcləri də artır. Ancaq yaşa görə müavinət alan minlərlə vətəndaşın aylıq gəliri yaşayış minimumundan geri qalır. Belə ki, əmək pensiyası almayan, yaşı 65 olan şəxslərə sosial yardım göstərilməsi məqsədi ilə aylıq 220 manat müavinət verilir. Nəzərə alsaq ki, pensiyaçılar üçün yaşayış minimum 245 manatdır. Deməli, müavinətin bu həddən aşağı olması onların dolanışığını çətinləşdirir. Vətəndaşlar deyirlər ki, bəzən ay ərzində dərmanlar üçün xərclənən vəsait müavinət məbləğindən çox olur.

Operativ Media xəbər verir ki, millət vəkili Vüqar Bayramov mövzu ilə bağlı "Xəzər Xəbər"ə danışıb.

O bildirib ki, istehlak səbətinin hesablanması zamanı müavinət məbləği nəzərə alınmır. Hazırda kifayət qədər sığorta stajı və ya pensiya kapitalı olmadığı üçün əmək pensiyası hüququ qazana bilməyən və 65 yaşına çatdıqdan sonra yaşa görə müavinət alan vətəndaşlar var. Deputat deyir ki, sözgedən müavinətin artırılması ilə bağlı təkliflər Milli Məclisə təklif olunub.

Praktik olaraq sosial təminat tədbirləri genişləndirilir. Yaşa görə müavinət 65 yaşı tamam olan vətəndaşlarımıza əmək pensiyası hüququ qazanmadığı halda təyin olunur. Bu vətəndaşlarımız üçün təyin olunan yaşa görə müavinətin artırılmasını məqsədə uyğun hesab edirik. Bununla bağlı qeyd etdiyimiz kimi təkliflərimiz təqdim olunub və güman edirik ki, bu istiqamətdə maliyə qiymətləndirilməsi aparıldıqdan sonra sözgedən müavinətin artırılmasına baxılması məqsədə uyğun olardı. Həmin vətəndaşlarımızın dövlət büdcəsindən müavinət formasında aldıqları vəsaitin məbləğinin artmasına və onların sosial təminatının daha da gücləndirilməsinə imkan yarada bilər.

Vüqar Bayramov onuda əlavə edib ki, son illərdə sosial təminat sahəsində həyata keçirilən islahatlar nəticəsində pensiya və müavinət alan milyonlarla vətəndaşı əhatə edən sosial paketlər qəbul olunub. Hazırda pensiya təyinatı ilə bağlı tətbiq edilən güzəştlər sayəsində 2018-ci ilin iyulun birinədək müəyyən pensiya kapitalı formalaşmış şəxslərin bir qismi əmək pensiyası almaq hüququ əldə edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər