Menyu

Xaçmazda avtomobil su hovuzuna düşüb, bir nəfər ölüb

Operativ Media
Xaçmazda avtomobil su hovuzuna düşüb, bir nəfər ölüb
1 dəq oxu

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Xaçmaz rayonu, Ağyazıbuduq kəndi ərazisində su hovuzuna (göl – red.) içərisində 1 nəfərin olduğu avtomobilin düşməsi barədə məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən Operativ Media-yanbildirilib ki, məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları cəlb olunub.

Dalğıclar tərəfindən qaldırıcı kranın köməyi ilə avtomobil və içərisində olan 1957-ci il təvəllüdlü Kərimov Rafiq Paşa oğlunun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Əlaqəli Xəbərlər