http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 24 ° C

Azərbaycan yolları niyə həm sürücü, həm də piyadalar üçün təhlükəlidir?

21 Avqust 2023 , 14:25
Azərbaycan yolları niyə həm sürücü, həm də piyadalar üçün təhlükəlidir?

Ötən il Azərbaycanda yol qəzalarında beş yüzdən artıq ölüm qeydə alınıb. Avropa Komissiyasının hesablamalarına əsasən, Azərbaycanda əhalinin hər 100 min nəfərinə nisbətdə yol-nəqliyyat hadisələrində həlak olanların sayına görə Respublikamız dünyada 28-ci yerdədir. Baş verən qəzalarda əsas səbəb kimi sürücü və piyada məsuliyyətsizliyi qabardılır. Bəs həqiqətənmi yeganə günah piyada və sürücüdədir? Yollarda qurulan infrastruktur tam təhlükəsizdirmi?

“Operativ Media” ya açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev yol infrastrukturunun qurulmasında ciddi nöqsanların olduğunu bildirib. Ekspertin sözlərinə görə, istər şəhərdaxili, istərsə də magistral yollarda ciddi nöqsanlar var:

“Şəhərdaxili küçələrdə ilk növbədə sürət aşağı olmalıdır. Çünki insanlar daha sıx yaşayır, daha çox hərəkət edirlər. Küçələr ilk növbədə insanlar üçün daha rahat olmalıdır. Eyni səviyyəli piyada keçidləri təmin olunmalıdır. İki zolaqdan artıq olan küçələrdə təhlükəsizlik adacıqları qurulmalıdır. Zolaqların ensizləşdirilməsi yolu ilə sürətli sürməmək üçün həllər olmalıdır. Məsələn, məhəllə girişlərində olan hissələri səki səviyyəsinə qaldırılması lazımdır. Belə olanda sürücülər fiziki olaraq bu hissədə sürətli sürə bilməyəcək və sürətini azaldacaq".

Ekspertin fikrincə, Bakıda “vision zero” konspesiyasının tətbiq olunması vacibdir. Çünki ölüm hallarının qarşısının alınması üçün bu əsas həll yoludur. Bu həllər özü özlüyündə qəza hallarını azaldır. 

“Vision zero” konsepsiyasında ölüm hallarına qarşı “0” dözümlülük siyasəti tətbiq olunur. İnsan səhv edə bilər, əsas o səhvin nəticəsində ölüm olmasın. Biz canlı insanlarıq və səhv edə bilərik. Ani diqqətsizlik və digər səbəblərdən qəza hər zaman baş verə bilər. Amma son olaraq bu səhvin nəticəsi nədir? İnsanın bir yeri zədələnir və yaxud yüngül xəsarət ala bilər. Bir də var ki, bu sürətin nəticəsi olaraq insanlar həyatını itirə bilər. Bu səhv olmaması üçün planlamada bu nəzərə alınmalıdır".

Rauf Ağamirzəyevin sözlərinə görə, əsas həll yolu sürətin aşağı olmasından keçir. Beynəlxalq praktikada inkişaf etmiş ölkələr bu yolu əsas həll hesab edirlər.

May be an image of 6 people and text(Foto "İnsan Yönümlü Şəhərlər" səhifəsindən götürülüb).

“Şəhər daxilində sürətli sürməmək üçün işlər görülməlidir. Alternativ olaraq piyada infrastrukturunun yaxşılaşdırılmalıdır. Bir dayanacaq yolun bir tərəfində digəri qarşı tərəfdədirsə, avtomatik olaraq 250-300 metr məsafədə eynisəviyyəli piyada keçidi olmalıdır ki, piyada küçənin bir tərəfindən digər tərəfinə keçə bilsin. Eyni zamanda qısa məsafəli mobillik və uzunməsafəli mobillik var. Qısa məsafəli mobillik deyiriksə, piyada infrastrukturu nəzərdə tutulur. Uzun məsafəli deyiriksə, ictimai nəqliyyat çeşidinin təmin olunması mütləqdir. 3 milyondan artıq əhalisi olan şəhərdə yalnız avtobusla məsələni həll etmək mümkün deyil. Metro varsa, belə şəbəkəsi genişlənməldiir. Bugünkü gündə metronun şəhərin bir hissəsi ilə ümumiyyətlə əlaqəsi yoxdur. Şəhəri dövr etməlisən ki, digər hissəsinə çatasan. Şəhərətrafı elektrik qataralarının şəbəkəsi genişlənməldir".

Hər il milyardlarla manat pul xərclənən magistral yollarda da vəziyyət ürəkaçan deyil. Yeni yollar salınsa da, piyada və təhlükəsizlik amilləri bir çox hallarda nəzərə alınmayıb.

May be an image of 1 person, street and road

“Əgər biz paytaxt və regionları birləşdirən magistral yol deyiriksə, eyni səviyyəli piyada keçidi olmamalıdır. Müxtəlif səviyyəli süni qurğular, yeraltı keçidlər, heyvanların keçməsi üçün ekoloji üst keçidlər qurulmalıdır. Türkiyədə də, Avropada, Rusiyada belə keçidlər var".

Rauf Ağamirzəyevin sözlərinə görə, yollar salınan zaman ilk olaraq həmin ərazidə yaşayan insanlar nəzərə alınmalıdır.

“Ən əsası yeni çəkilmiş yollar yerli icmanın işini asanlaşdırsın. Onların mənzil başına çatma üçün məsafəni uzatmasın. Kənd illərlə burda yerləşirsə, yol magistrala çevrilirsə, onları nəzərə alaraq yerüstü və yeraltı keçidlərlə onların keçidini təmin etmək lazımdır ki, onların təhlükəsizliyi təmin edilsin. Əks halda bu problem həll olunmadıqca, orda yaşayanlar daha qısa həllər axtarır və bu da təhlükə risklərini artırır. Digər bir məsələ var ki, yaşayış məntəqələri istiqamətində yolların işıqlandırılması önəmlidir. Qonşu Gürcüstanda tam işıqlandırılır. Digər ölkələrdə isə yaşayış məntəqələri və süni qurğular işıqlandırılır və üfuqi nişanlanmada daha uzun ömürlü termplast boyalardan istifadə olunur".

OXŞAR XƏBƏRLƏR
Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

Naxçıvan istiqamətində mövqelərimiz yenidən atəşə tutulub

Naxçıvan istiqamətində mövqelərimiz yenidən atəşə tutulub

XƏBƏR LENTİ
  • 15:05

    Baş prokuror Omanlı həmkarıyla görüşüb
  • 15:00

    Baş prokuror Özbəkistan Baş prokurorunun müaviniylə görüşüb
  • 14:44

    İsrailin Livanı bombalaması zamanı ölənlərin sayı açıqlanıb
  • 14:35

    Kamran Əliyev Keniya Dövlət Prokurorluğunun Direktorunu qəbul edib
  • 14:27

    Baş prokuror monqolustanlı həmkarıyla görüşüb
  • 13:47

    İsrail daha bir Hizbullah liderinin öldürüldüyünü açıqlayıb
  • 13:16

    Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO
    Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO
  • 13:01

    Ağsuda kanalizasiya quyularının qapaqlarını oğurlayan şəxs saxlanılıb
Menyu