"Ukrayna Hərbi Hava Qüvvələri yenidən silahlanma strategiyası çərçivəsində 128 Qərb qırıcı təyyarəsi almalıdır".
"Operativ Media" xəbər verir ki, bunu Ukrayna Hərbi Hava Qüvvələrinin sözçüsü Yuri İqnat bildirib.
"Yenidən silahlanmağı nəzərdə tutan Hərbi Hava Qüvvələri konsepsiyası köhnə donanmanı əvəz etmək üçün kifayət qədər - 128 döyüş təyyarəsi tələb edir. Bu, təxminən dörd hava briqadasıdır", - sözçü deyib.
O qeyd edib ki, təhdidlərə operativ reaksiya vermək üçün bu təyyarələr ölkənin müxtəlif aerodromlarında yerləşdirilməlidir.
Ukrayna prezidenti Volodimir Zelenski daha əvvəl Hollandiyadan 42 ədəd F-16 qırıcısının tədarükü ilə bağlı razılaşma əldə edildiyini bildirib.
Bundan əlavə, Danimarka Ukraynaya 19 ədəd F-16 təhvil verməyi planlaşdırdığını, Kiyev isə bu ilin sonuna qədər onlardan altısını alacağını açıqlayıb. Danimarkada 30-a yaxın F-16 döyüş təyyarəsi var ki, bunlar ölkənin daha müasir F-35 qırıcıları ilə təhciz ediləcəyi zaman istifadədən çıxarılacaq. Hollandiya Hərbi Hava Qüvvələrində isə 42 belə reaktiv təyyarə var.
Teqlər:
"Ukrayna Q\u0259rbd\u0259n 128 d\u00f6y\u00fc\u015f t\u0259yyar\u0259si ala bil\u0259r"