Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi “4Sİ Akademiyası” layihəsinə start verib

Nərmin Qocamanlı
Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi “4Sİ Akademiyası” layihəsinə start verib

Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi “4Sİ Akademiyası” (Dördüncü Sənaye İnqilabı Akademiyası) layihəsinə start verib.

"Operativ Media" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün X hesabında bildirib.

O qeyd edib ki, Layihə çərçivəsində 4Sİ texnologiyaları, o cümlədən suni intellekt, data analitika, blokçeyn, bulud texnologiyaları, proqramlaşdırma dili və digər sahələr üzrə bilik və bacarıqlarını artırmaq istəyən 10 minə yaxın şəxs “Coursera” şirkətinin təqdim etdiyi 700-dən çox kursa ödənişsiz qoşula biləcək.

Layihə Dördüncü Sənaye İnqilabı texnologiyaları sahəsində bilik və bacarıqların inkişaf etdirilməsi və əmək bazarında bu sahə üzrə ixtisaslı kadrların hazırlanmasına töhfə verəcək.

Digər xəbərlər