Çinlə Azərbaycan arasında iqtisadi əlaqələrin gücləndirilməsi üçün mövcud imkanlar müzakirə edilib.
"Operativ Media" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün X hesabında bildirib.
"Çİn Xalq Respublikasının kommersiya nazirinin müavini Linq Ci ilə ikitərəfli iqtisadi əlaqələrin gücləndirilməsi üçün mövcud imkanlar, investisiya qoyuluşu və ticarət sahəsində əməkdaşlığın genişləndirilməsi və infrastruktur layihələri çərçivəsində qarşılıqlı fəaliyyətin təşviqi barədə fikir mübadiləsi apardıq", - o, qeyd edib.
Şəkil Qalereyası

