Mərakeşin Dağlıq Yüksək Atlas bölgəsində cümə günü 6,8 bal gücündə zəlzələ baş verib.
Təbii fəlakət nəticəsində 2000-dən çox insan həyatını itirib, çox sayda insan bu fəlakətdən yaralı xilas olub və hələ də itkin düşənlərin olduğu bildirilir.
Bölgəyə başsağlığı verənlər arasında Lionel Messi də var və bölgəyə dəstək davam edir.
"Operativ Media" xəbər verir ki, Ronaldonun Mərakeşdəki "CR7" otelini sığınacaq axtaranların istifadəsinə verdiyi bildirildi, lakin oteldən bunun belə olmadığı deyilib.
Otelin bir nümayəndəsinin "Liberation"a verdiyi açıqlamasında, "Bu, yanlış məlumatdır. Hal-hazırda otelimizdə olan bütün müştərilər normal sifarişlə otelmizdədirlər. Otelimiz hazırda zəlzələdən zərərçəkənlər üçün sığınacaq kimi istifadə edilmir" deyə bildirib.






