"Azərbaycan əsgəri humanist davranışı ilə bütün dünyaya insanlıq dərsi verdi".
Bunu "Operativ Media"ya açıqlamasında hərbi-siyasi ekspert Telman Qasımov deyib.
Telman Qasımovun sözlərinə görə, Azərbaycan ordusu bu dəfə də humanist və ədalətli yanaşma ilə mülki əhalini və obyektləri hədəf almadı.
"Ordumuz gücünə və bu kimi xüsusiyyətlərinə görə dünyanın 50 ən güclü ordusu sırasındadır. Bu o deməkdir ki, Azərbaycan ordusu böyük bir məktəb keçib. Onlar təkcə hərbi sirləri deyil, hərbi əməliyyatlarda mülki əhali ilə necə davranmağı öyrəniblər. Bu böyük məktəb keçməni sübut edir. Boşuna deyil ki, ildə 15-dən artıq təlim keçirilir. Dünyanın müxtəlif ölkələrinə səfərlər edib, təlimlər keçirlər".
Ekspertlər deyir ki, bu qələbə humanistlik, insanlıqla yanaşı təlimlərdə olan peşəkarlığın nəticəsidir.
"Azərbaycan xalqına xas olan xüsusiyyətlər özünü əsgərimizdə də də göstərir. Antiterror tədbirləri ilə bağlı görüntülər hələ çox yayılacaq.
İnsani keyfiyyətlərinə görə Azərbaycan əsgəri bir nümunədir. Bütün erməni millətçilərinin dairələri bilməlidir ki, Azərbaycan əsgəri eyni zamanda döyüşkən əsgərdi, sülh şəraitində də insanlıq göstərən əsgərdir".