Regional iqtisadi siyasətin əsas hədəfləri bölgələrdə, xüsusilə Qarabağda və Şərqi Zəngəzurda iqtisadi aktivliyin artırılmasına, regionlara daxili və xarici sərmayələrin cəlb olunmasına, texnologiyaların tətbiq edilməsinə, istehsal və ixrac imkanlarının artırılmasına yönəlib.
İqtisadçı ekspert Eldəniz Əmirov “Operativ Media”ya açıqlamasında bildirib ki, işğaldan azad olunmuş ərazilərimizdə bir çox sahələrin iqtisadi cəhətdən böyük potensial və imkanlar var.
Onun sözlərinə görə, sülh müqaviləsi bağlandıqdan sonra işğaldan azad olunmuş ərazilərimizdə inteqrasiya prosesləri sürətlənəcək:
“İşğaldan azad olunmuş ərazilərimizdə bu imkanları və potensialı real fazaya keçirmək üçün sülh müqaviləsinin bağlanmasına ehtiyac var, müqavilədən sonra inteqrasiya prosesləri də sürətlənəcək. Eyni zamanda, xarici investorların bu ərazilərə sürətli gəliri baş tutacaq. Bundan sonra orada kənd təsərrüfatı, emal sənayesi, mədənçıxartma və digər istiqamətlərdə prioritet olacaq.
Ekspert iqtisadi, xüsusi zonaların yaradılması potensialı olduğunu və öz faydasını göstərəcəyini də qeyd edib:
“Zəngəzur dəhlizi açıldıqdan sonra və sülh müqaviləsi bağlandıqdan sonra o zaman Türkiyənin Orta Asiyaya çıxışının məhz buradan olması bu ərazini daha da çiçəkləndirmiş olacaq”.
Sevinc İbrahimzadə






