Kəpəz” Misli Premyer Liqasının IX turunda “İmişli” ilə ev görüşündə 0:3 hesabı ilə uduzub.
Operativ Media xəbər verir ki, bu, Gəncə klubunun Premyer Liqada öz meydanında aldığı 20-ci böyükhesablı yenilgidir.
Qərb təmsilçisi evdə 20 və daha çox görüşdə ən azı 3 top fərqi ilə uduzan 3-cü komandadır. Yalnız MOİK və “Sumqayıt” daha çox ağır məğlubiyyətə üzülüb.
Qeyd edək ki, “Kəpəz”in evdəki ilk böyükhesablı məğlubiyyəti 2001-ci il martın 12-də “Şəmkir”lə qarşılaşmaya təsadüf edib – 0:3.






